Panamada güclü zəlzələdə tikililər dağılıb

Panamanın Kokle əyalətinin Penonome şəhərində güclü zəlzələ nəticəsində San-Xuan-Bautista kafedralının qüllələrindən biri tamamilə uçub.

"Report"un "Telemetro" telekanalına istinadən yaydığı məlumata görə, qüllənin dağıntıları yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb.

Panamanın Milli Mülki Müdafiə Sisteminin (Sinaproc) regional bölməsinin məlumatına əsasən, Penonome şəhərində təxminən 12 tikili dağılıb, yerli administrasiyanın binasına isə qismən ziyan dəyib.

Bundan əlavə, Aquadulse şəhərində daha altı binaya ciddi ziyan dəyib.

Xilasedicilər dağıntılar altından bir nəfəri çıxararaq xəstəxanaya çatdırıblar. Ölənlər barədə hələlik məlumat daxil olmayıb.

Digər xəbərlər