Bakı. 14 fevral. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə kifayət qədər etibarlı mexanizmləri olmayan, Panamanın da daxil olduğu ölkələrin siyahısını açıqladıqdan sonra, Panama rəhbərliyi çərşənbə günü Aİ-dəki diplomatik nümayəndəsini məsləhətləşmələr üçün 30 günlüyünə geri çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Panamanın Xarici İşlər Nazirliyi məlumat yayıb.