​Pan Gi Mun: "İnsan haqlarının pozulmasının qarşısı birlikdə alınmalıdır"

Bakı. 2 mart. REPORT.AZ/ Beynəlxalq ictimaiyyət insan haqlarının pozulmasının qarşısını almaq üçün güclərini birləşdirməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun Cenevrədə qurumun İnasan Haqları üzrə Şurasının 28-ci sessiyasındakı çıxışında deyib.

"Bu sahədə önləyici tədbirlər görmək üçün BMT-nin mandatı və mexanizmi var. Bu istiqamətdə əsas maneə üzv-dövlətlər arasında siyasi konsensusun olmamasıdır", - o, bildirib.

O, münaqişə səbəbindən Suriyada insan haqlarının vəziyyətinin acınacaqlı olduğunu vurğulayıb. 

Digər xəbərlər