Pakistanın şimal-qərbində hücum zamanı 38 nəfər ölüb

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda naməlum şəxslər konvoya hücum edib, ən azı 38 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir qadın və bir uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər