Pakistanda transformator partlayıb, ölən və yaralananlar var

Pakistanda transformator partlayıb, ölən və yaralananlar var

Pakistanın Sind əyalətinin Heydərabad şəhərində yüksək gərginlikli elektrik transformatoru partlayıb.

"Report" xəbər verir ki, nəticədə 6 nəfər ölüb,15 nəfər ağır yaralanıb.

Partlayış ətrafdakı evlərə və iaşə obyektlərinə də zərər vurub.

Xatırladaq ki, son günlər Heydərabad şəhərində elektrik enerjisinin təmin edilməsilə bağlı problemlər yaşanıb.

Digər xəbərlər