Pakistanda törədilən partlayışda ölənlərin sayı 22 nəfərə çatıb, 50 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 31 mart. REPORT.AZ/ Pakistanın Paraçinar şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

“Report” “Dawn”a istinadən xəbər verir ki, bunu yerli səhiyyə idarəsindən bildiriblər. 

Məlumata görə, terror aktı nəticəsində təxminən 50 nəfər yaralanıb.

*** 10:59

Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, azı 40 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndələri bildirib.

Yaralılar hospitala yerləşdirilib.

Partlayışın səbəbi haqda məlumat yayılmayıb. 

Digər xəbərlər