Bakı. 21 fevral. REPORT.AZ/ Pakistanın şimalında yerləşən Tanqa şəhərində yerləşən məhkəmə binasında bir neçə partlayış olub, atışma səsləri gəlir.
"Report" "TOLOnews"a istinadən xəbər verir ki, ilkin məlumata görə, insident nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Polis terrorçu-kamikadzenin hüquq-mühafizə orqanı əməkdaşlarının ona atəş açdığı zaman özünü partlatdığını bildirib.
KİV-in məlumatına görə, atışma davam edir.