Pakistanda koronavirusa yoluxanların sayı 120 minə çatır

Pakistanda son sutka ərzində 5 834 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 119 536-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada 101 nəfər virusun qurbanı olub. Ümumilikdə koronavirus 2 356 nəfərin ölümünə səbəb olub. Eyni zamanda, 38 391 nəfər virusdan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, daha əvvəl Pakistanın Baş naziri İmran Xan ölkədə koronavirusa yoluxmanın iyul-avqust aylarında pik nöqtəyə çatacağını bildirmişdi.

Qeyd edək ki, Pakistan hökuməti mayın 9-da tikinti şirkətlərinə, dar profilli tibb şöbələrinə, bazarlara və dükanlara işləməyə icazə verməklə müəyyən məhdudiyyətləri aradan qaldırıb. Ciddi sanitar tələblərə baxmayaraq, yeni yoluxma hallarının sayı artıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43