Pakistanda kamikadze özünü partladıb, 12 nəfər ölüb

Bakı. 11 iyul. REPORT.AZ/ Pakistanın Pişəvər dairəsində törədilən partlayış nəticəsində azı 12 nəfər həyatını itirib.

“Report” "Dawn" nəşrinə istinadən xəbər verir ki, kamikadze Avami milli partiyasının yığıncağı zamanı özünü partladıb.

Nəticədə 30-dan çox insan xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. Ölənlər arasında partiya lideri Harun Bilur da var.

Digər xəbərlər