Pakistanda iki nəfər bombanın partlaması nəticəsində ölüb

Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Dawn" nəşri yazıb.

Polisin məlumatına görə, canilər motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.

Yaralılar xəstəxanalara yerləşdiriliblər. Araşdırma aparılır.

Digər xəbərlər