Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu dəqiqələrdə Rusiya və ABŞ prezidenti Vladimir Putin və Barak Obama arasında görüş keçirilib.
"Report" xəbər verir ki, iki dövlət başçısı arasında danışıqlar BMT-nin baş qərargahında, Təhlükəsizlik Şurasının məsləhətləşmələr zalında aparılıb.
Görüş BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində baş tutub.