Nyu-Orleanda atışma baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Nyu-Orleanda atışma baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərinin küçələrindən birində baş verən atışma nəticəsində ən azı bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə yerli polis idarəsi öz "Twitter" səhifəsində yazıb.

İnsident barədə ilkin hesabatda 5 nəfərin yaralandığı bildirilir. Daha sonra polis 6 nəfərin yaralandığını, onlardan birinin xəstəxanada öldüyünü qeyd edir.

Digər xəbərlər

Pezeşkian Çinə səfər edəcək 28 avqust, 2025 / 15:28