Nigeriyada məscidin uçması nəticəsində 7 inanclı ölüb

Nigeriyanın şimalındakı Kaduna ştatının Zaria şəhərində cümə günü inanclılarla dolu məscidin uçması sonucunda 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Zaria Əmirliyi şurasının sözçüsü Abdullahi Kvarbai olayın şəhərin mərkəzi məscidində yüzlərlə möminlərin günorta namazı zamanı baş verdiyini açıqlayıb.

“Əvvəlcə 4 meyit aşkarlanıb, xilasedicilər dağılmış məsciddə axtarış apardıqdan sonra daha 3 cəsəd tapılıb”, - o deyib.

Agentlik vurğulayıb ki, Afrikanın ən sıx məskunlaşdığı, qaydaların zəif gözlənildiyi və tikinti materiallarının çox vaxt keyfiyyətsiz olduğu ölkədə binaların uçması tez-tez baş verir.

Xəbər lenti

Suriyanın gerbi dəyişir 4 iyul, 2025 / 00:47