Nigeriyada "Boko Haram"ın girovluqda saxladığı mindən çox adam azad olunub

Bakı. 28 fevral. REPORT.AZ/ Nigeriya və Kamerunun Silahlı qüvvələri iki ölkə arasında sərhəddə yerləşən bir neçə kəndin "təmizlənməsi" üzrə əməliyyatlar həyata keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, birgə əməliyyat zamanı Nigeriyanın şimal-şərqində "Boko Haram" ekstremist qruplaşması tərəfindən girovluqda saxlanılan 1130 nəfər azad olunub.

Toqquşmalar zamanı hərbçilər qruplaşmanın azı 35 silahlısını və gizli silah anbarını məhv ediblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10