Nigeriyanın şimal-şərqindəki Kano ştatında baş verən yol qəzasında 30-dan çox insan ölüb, çoxlu sayda insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "The Daily Post" qəzeti ştat qubernatoru Abba Yusufa istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, Kvanar-Barde kəndi yaxınlığındakı Qujunqa şəhərinə aparan magistral yolda sürücünün səhlənkarlığı səbəbindən insanları daşıyan qoşqu qəzaya uğrayıb.
Yaralılar tibbi yardım üçün ştatdakı xəstəxanalara aparılıblar.