Niderland sahillərində daha bir gəmidə yanğın olub, 500 elektromobil yanıb

Niderland sahillərində göyərtəsində 500 elektromobil olan daha bir yük gəmisində yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, gəmi Şimal dənizində olarkən yanğın baş verib. Onun göyərtəsində 500-ə yaxın elektromobillə yanaşı, 1000 adi avtomobil olub.

Məlumata görə, elektromobillərdəki akkumulyatorlar daha tez alovlandıqlarından maşınların söndürülməsi çətinləşib.

Qeyd edək ki, iyulun 27-də Niderlandın Ameland adası sahilindən 27 km şimalda “Fremantle Highway” gəmisində baş verən yanğın nəticəsində 2856 avtomobil yanmışdı. “Mercedes” markalı avtomobillərdən ibarət yük Almaniyadan Misirə aparılırmış. Hadisə nəticəsində 1 heyət üzvü ölüb, 22 dənizçi isə xilas edilib.

Digər xəbərlər