Niderland kralı Villem-Aleksander ölkənin Baş naziri Dik Shofun daha əvvəl hakim koalisiyadan çıxmış ifrat sağçı Azadlıq Partiyasına məxsus hökumət üzvlərinin istefası ilə bağlı müraciətini qəbul edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kral sarayının bəyanatında deyilir.
Qeyd olunur ki, nazirlərin, eləcə də 4 dövlət katibinin vəzifələri kabinetin digər üzvlərinə keçəcək.
Baş nazir və digər nazirlər öz vəzifələrini qoruyublar.
17:45
Niderland hökuməti istefaya gedir.
"Report"un TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin baş naziri Dik Shof bəyan edib.