Nazir: İrəvan MDB Oyunlarında iştirakla bağlı Bakının təklifini nəzərdən keçirəcək

Ermənistan tərəfi III MDB Oyunlarında iştirakla bağlı Azərbaycanın dəvətini müzakirə edəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

"Bu məsələ ilə bağlı qərar müxtəlif amillərlə, o cümlədən erməni idmançıların təhlükəsizliyi ilə bağlıdır. Müvafiq qərar qəbul edilərsə, bunu açıqlayacağıq", - o deyib.

Qeyd edək ki, Azərbaycanda Oyunların təşkilat komitəsinin nümayəndəsi Aygül Ağayeva bildirib ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarına ölkələrə müvafiq dəvətlər göndərilməkdədir.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır.

Xəbər lenti

Sabah 36 dərəcə isti olacaq 11 iyun, 2025 / 12:24