NATO-nun baş katibi Yens Stoltenberq səlahiyyət müddətini daha uzatmaq fikrində olmadığını bildirib.
“Report” bu barədə CNN telekanalına istinadən xəbər verir.
“Bəli, bu mənim səlahiyyətimin sonuncu uzadılmasıdır”, - o, teleşirkətlərdən birinə müsahibəsində deyib.
Bu il iyulun 4-də NATO ölkələri Stoltenberqin səlahiyyətlərinin bir il - 2024-cü il oktyabrın 1-dək uzadılması barədə razılığa gəliblər. Bu qərar NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində ən yüksək səviyyədə təsdiq edilib. Bu, Stoltenberqin səlahiyyət müddətinin altıncı dəfə uzadılmasıdır. NATO baş katibinin adi səlahiyyət müddəti dörd ildir, Norveçin keçmiş baş naziri bu kürsüyə 2014-cü il oktyabrın 1-də əyləşib.