Tayvandakı hücumda həlak olanların sayı üç nəfərə çatıb - YENİLƏNİB

Tayvanda bıçaq və tüstü qumbaralarından istifadə edilməklə törədilən hücum zamanı həlak olanların sayı üç nəfərə çatıb, yaralanan altı nəfər isə xəstəxanalardadır.

"Report" xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb.

Daha əvvəl iki nəfərin həlak olduğu bildirilirdi.

Naməlum şəxs Taybeydə (Tayvan) iki metro stansiyasında sərnişinlərə hücum edib, iki nəfər ölüb, ən azı doqquz nəfər xəsarət alıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Tayvanın Baş naziri Ço Yunq-tay bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs tüstü şaşkası və bıçaqdan istifadə edib. "Ən azı doqquz nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. İki nəfər isə ölüb", - o qeyd edib.

Cinayətkarın hücumdan sonra özünü yaxınlıqdakı binadan ataraq intihar etdiyi ehtimal olunur.

Polis bu məlumatı təsdiqləyərək araşdırmanın davam etdiyini bildirib.

Digər xəbərlər