Myanmanın şimalında sürüşmə nəticəsində 20-dən çox adam ölüb

Bakı. 30 iyul. REPORT.AZ/ Myanmanın şimalında baş verən sürüşmə nəticəsində azı 23 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Torpaq sürüşməsi ötən həftə baş verib. O, nefrit istehsal olunan şaxtanın dağılmasına gətirib çıxarıb. Bu ana qədər 23 şaxtaçının meyiti aşkarlanıb. Xilasedicilər digər 4 şaxtaçının axtarışlarını davam etdirirlər.

Digər xəbərlər

Mark Rütte Kiyevdə səfərdədir 03 fevral, 2026 / 13:48