Bakı. 10 mart. REPORT.AZ/ Myanmanın qərbində naməlum şəxslərin polis postuna hücum etməsi nəticəsində hüquq-mühafizə orqanlarının 9 əməkdaşı qətlə yetirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sinhua" agentliyi məlumat yayıb.
Bildirilir ki, təqribən daha iki qanun keşikçisi yaralanıb.
Polisin məlumatına görə, hücum Rakhayn ştatında Ponnaqün qəsəbəsində baş verib.