Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəlib

Mozambikdə son sutkada vəba səbəbindən azı 12 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Lusa" agentliyi Mozambik Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Nazirliyin açıqlamasına əsasən, son 24 saatda yeni yoluxma halları 135 artaraq, 2025-ci ilin sentyabrında epidemiya başlayandan ümumilikdə 3 449-a yüksəlib. Bu göstəricidən 1 576 yoluxma Nampula, 1 334-ü isə ölkənin mərkəzində yerləşən Tete şəhərinə aiddir.

Bundan əvvəlki epidemiya (2024-cü ilin oktyabrı – 2025-ci ilin iyulu) zamanı 4 420 yoluxma qeydə alınıb, onların 3 590-u Nampulada qeydə alınıb.

Mozambikin səhiyyə naziri Usseni İssenin sözlərinə görə, vəba ilə mübarizə üçün hökumət xaricdən 3,5 milyon doza vaksin alıb. Məqsəd 2030-cu ilə qədər xəstəliyin dövri epidemiyalarına son qoymaqdır.

Digər xəbərlər

Kiyevin enerji sistemi bərpa olunur 31 yanvar, 2026 / 19:50