Moqerini: "ABŞ Avropanın siyasətinə qarışmamalıdır"

Bakı. 10 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar Avropanın siyasətinə qarışmamalıdır, necə ki, Avropa İttifaqı (Aİ) Amerikanın işinə qarışmır.

"Report" xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

"Biz ABŞ-ın siyasətinə qarışmırıq. Və avropalılar da ümid edirlər ki, Amerika, həmçinin Avropanın siyasətinə qarışmayacaq", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12