Monteneqroda silah zavodunda partlayış olub, iki nəfər yaralanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Monteneqronun şimal-şərqində yerləşən və silah-sursat istehsalı ilə məşğul olan "Tara" zavodunda partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər zavod əməkdaşı ciddi yanıq xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Partlayışın səbəbləri dəqiqləşdirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10