Moldovada koronavirusla bağlı son vəziyyət açıqlandı

Moldovada 247 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 14 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 896 nəfər müalicə olunaraq sağalıb, 471 nəfər vəfat edib.

Digər xəbərlər