Bakı. 16 fevral. REPORT.AZ/ Misirdə - Sinay yarımadasının şimalında terrorçuların hərbi postlara hücumu nəticəsində biri zabit olmaqla 15 hərbçi ölüb.
“Report” xəbər verir ki, məlumatı “Yeniakit” yayıb.
Bildirilib ki, hərbçilərlə terrorçular arasında baş verən döyüş nəticəsində 7 terrorçu zərərsizləşdirilib.