Misirdə hoteldə iki partlayış olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Səhər saatlarında Misirdə hotellərin birində iki güclü partlayış olub. "Report" "Reuters"ə istinadən xəbər verir ki, insident Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərində baş verib.

Misir televiziyasının məlumatına görə, üç nəfər ölüb, on iki nəfər yaralanıb.

"RİA Novosti" isə bir partlayışın olduğunu xəbər verib. Polisin məlumatına görə, parlament seçkilərini müşahidə edən hakimlərin qaldığı hotelin yanında avtomobil partladılıb.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03