Miloş Zeman yenidən Çexiya prezidentliyinə namizədliyini irəli sürəcək

Bakı. 10 mart. REPORT.AZ/ Çexiya prezidenti Miloş Zeman Praqa qradında öz tərəfdarları ilə görüşüb və yenidən respublika prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəldiyini bildirib.

"Report" xəbər verir ki, növbəti prezident seçkiləri 2018-ci ilin əvvəlində keçiriləcək.

Zeman namizədliyinin irəli sürülməsini sabah mətbuat konfransında rəsmən elan edəcək.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10