Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində texnoloji nasazlıq baş verib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Qırğızıstan Milli Elektrik Şəbəkəsi" ASC-nin mətbuat xidməti məlumat yayıb.
"Sistem qəzasının qarşısını almaq üçün qəza əleyhinə avtomatika işə düşüb. Nəticədə Bişkekin və Çuy vilayətinin ayrı-ayrı rayonları işıqsız qalıb", - məlumatda qeyd olunub.
Hazırda enerji sistemi ştat rejimdə fəaliyyət göstərir.
"Mütəxəssislər Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemi ölkələrinin sistem operatorları ilə birlikdə baş verənləri təhlil edir və texnoloji nasazlığın səbəblərini müəyyənləşdirirlər", - məlumatda vurğulanıb.