Mərakeşdə ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 539 yeni yoluxma qeydə alınıb.
“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, virusun ölkədə yayılmağa başlamasından bəri gündəlik ən yuxarı rəqəmdir.
Bildirilir ki, 213 nəfər xəstəliyin qurbanı olub, 8 117 nəfər isə sağalıb.
İndiyədək ölkədə ümumilikdə 9 613 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib