Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 22 nəfər ölüb və 16 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV-i bildirib.
Qeyd olunub ki, binalarda bir müddətdir ki çatlar görünürdü və heç bir effektiv profilaktik tədbirlər görünmürdü.
Bu hadisə 2010-cu ildə tarixi şəhər olan Meknesdə 41 nəfərin həyatını itirdiyi oxşar hadisədən bəri Mərakeşdə baş vermiş ən ciddi hadisələrdən biri olub.
Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli bina uçub.
Xəsarət alanlar Fəs universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.