Bakı. 22 fevral. REPORT.AZ/ Meksikada sərnişin bərəsində baş verən güclü partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralılardan 7-si ABŞ, 15-i isə yerli vətəndaşdır.
Xəsarət alan amerikalılar arasında 12 və 14 yaşlarında olan azı 3 uşaq var.