Meksikanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gün ərzində ölkədə koronavirusdan 236 nəfər ölüb.
Bildirlib ki, COVID-19-a yoluxan 26 025 nəfərin 2 507-si dünyasını dəyişib.
Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 105 664 test aparılıb, 63 540 nümunə mənfi nəticə göstərib.