Meksikada koronavirus qurbanlarının sayı 45 mini ötdü

Meksikada koronavirusdan ölənlərin sayı 45 361 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel bildirib.

"İyulun 20-da virusa 408 449 yoluxma və 89 978 şübhəli hal təsdiqlənib", - deyə o "Twitter"-də yazıb.

Məlumata görə, ölkədə virusa yoluxmuş 267 147 pasiyent sağalıb. 

Nazir qeyd edib ki, ölkənin adi xəstəxanalarında çarpayıların 47 faizi xəstələrlə dolub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12