Meksika Səhiyyə Nazirliyi ölkədə koronavirusla bağlı son vəziyyəti açıqlayıb.
“Report” xəbər verir ki, ölkədə COVID-19 35 022 nəfərdə aşkarlanıb, 3 465 pasiyent pandemiyanın qurbanı olub.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda qeydə alınıb. Son 24 saat ərzində koronavirusa yoluxma testinin 1 562-si müsbət nəticə verib.
Son gün ərzində müalicə alan 122 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 130 956 test aparılıb.