Meksikada COVID-19-a gündəlik yoluxmada antirekord qeydə alındı

Meksikanın Səhiyyə Nazirliyinin yenilənmiş məlumatlarına əsasən, son gün ərzində ölkədə COVID-19-dan 257 nəfər ölüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 42 595-ə çatıb. Epidemiyanın başlanğıcından ən yüksək gündəlik artım qeydə alınıb.

"Biz ilk dəfə bir gün ərzində koronavirusa 2 mindən çox – 2 409 yoluxmanı aşkar etdik", - Meksikanın Səhiyyə Nazirliyinin Epidemiologiya şöbəsinin rəhbəri Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında deyib. 

Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb. Ölkədə 42 595 aktiv yoluxma hallarının 10 057-si son iki həftədə qeydə alınıb. Ölkədə COVID-19-dan ölüm hallarının sayı 4 477-dir.

Hazırda virusa yoluxma ilə bağlı 26 746 hal öyrənilir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43