Bakı. 7 fevral. REPORT.AZ/ Yanvarın 18-də Meksikada boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı artmaqda davam edir.
“Report” TASS-a istinadən xəbər verir ki, çərşənbə günü Latın Amerikası ölkəsinin Sosial Sığorta İnstitutu daha bir nəfərin öldüyünü bəyan edib.
"Ona Mexiko şəhərində ixtisaslaşdırılmış tibb müəssisəsində yardım göstərilib", - deyə qurumun açıqlanan məlumatında bildirilir.
Beləliklə, ölənlərin sayı artıq 128 nəfər təşkil edir, onların 68 nəfəri partlayış zamanı həyatını itirib.