Meksika Səhiyyə Nazirliyi ölkədə koronavirusla bağlı son vəziyyəti açıqlayıb.
“Report” xəbər verir ki, ölkədə COVID-19 31 522 nəfərdə aşkarlanıb, 3 160 pasiyent pandemiyanın qurbanı olub.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda qeydə alınıb. Son 24 saat ərzində koronavirusa yoluxma testinin 1 906-sı müsbət nəticə verib. Hazırda 8 048 xəstəxanada müalicə alır.
Son gün ərzində müalicə alan 199 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 123 446 test aparılıb.