Meksikada 5,8 maqnitudalı zəlzələ olub

Meksika ərazisində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin verilənlərinə görə, təbiət hadisəsinin episentri əhalisi təqribən 154 min Kuautla şəhərindən 62 km cənub-şərqdə yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Digər xəbərlər