Meksika ABŞ və Kuba arasında vasitəçi olmağa hazırdır

Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin ABŞ-nin Kubaya tətbiq etdiyi neft blokadası şəraitində Vaşinqton və Havana arasındakı dialoqda vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

"Biz artıq təkliflər irəli sürmüşük, indi hər şey iki ölkədən (ABŞ və Kuba – red.) asılıdır. Meksika Kubanın suverenliyi çərçivəsində dialoq naminə hər şeyi edəcək. Bu mövqe Meksikanın xarici siyasətinin ənənəvi prinsiplərinə uyğundur",- o deyib

"Xalqların öz müqəddəratını təyin etmək hüququ çox vacibdir, bu yalnız bizim prinsiplərimizə aid deyil. Kuba ilə sülh dialoqu üçün şərait yaratmaq lazımdır, çünki heç bir başqa ölkə belə sanksiyalara məruz qalmır", - Meksika Prezidenti qeyd edib.

Daha əvvəl Şeynbaum Kubaya humanitar dəstəyi genişləndirəcəyini vəd edib.

Digər xəbərlər