ABŞ-ın dövlət katibi yenidən Yaxın Şərqə səfər edəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo yenidən Yaxın Şərqə səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, yaxın günlərdə Küveytə səfəri barədə ölkənin xarici işlər naziri Sabah əl-Xalid əl-Hamad əs-Sabahla telefonla danışıb.

M.Pompeo bildirib ki, yaxın qohumlarından biri vəfat etdiyindən təxirə saldığı Küveytə səfərini başa çatdıracaq.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində İraq, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və İsraildə səfərdə olub. O, Omandan sonra Küveytə səfər etməli idi. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12