ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir.
"Report" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "NBC News"a müsahibəsində bildirib.
Ondan "The Wall Street Journal"da noyabrda Konqresə keçiriləcək seçkilərdən sonra Trampın İrana zərbələri bərpa etməyi düşündüyü barədə xəbəri təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub.
"Bu məlumat anonim mənbələrdəndir. Deyə bilərəm ki, Prezident dünyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir", - diplomat bildirib.
Tramp daha əvvəl İrana zərbələri bərpa etmək ehtimalını həmişə nəzərdən keçirdiyini bildirib.