Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb

Niderlandın sabiq baş naziri Mark Rutte Yens Stoltenberqi əvəz edərək NATO-nun 14-cü baş katibi olub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Yens Stoltenberq bu vəzifədə 10 il işləyib.

Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04