Manuel Marrero Krus Kubanın baş naziri təyin edilib

Kuba Xalq Hakimiyyəti Milli Məclisinin deputatları (birpalatalı parlament) respublikanın turizm naziri Manuel Marrero Krusun baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Məclisin "Twitter"dəki səhifəsində bildirilir.

"Respublika prezidenti Xalq Hakimiyyətinin Milli Məclisinə Kubanın baş nazir vəzifəsinə Manuel Marrero Krusun namizədliyini təklif edib", - xəbərdə deyilir.

Xalq hakimiyyətinin Milli Məclisi Kuba respublikasının prezidenti Migel Dias-Kanelin təklifi üzrə baş naziri təyin edib", - xəbərdə qeyd edilir.

Digər xəbərlər