Bu gün Madaqaskar Ali Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrin polkovniki Maykl Randrianirinanın keçid dövrünün prezidenti təyin olunmasını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
O, artıq dövlət başçısı kimi and içib.
Mərasimdə siyasi partiyaların liderləri, ABŞ, Almaniya, Fransa və Aİ səfirləri iştirak ediblər.