Londonda müdafiə nazirlərinin sülhməramlı sammiti işə başlayır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Britaniyanın paytaxtı Londonda BMT-ın sülh missiyalarında iştirak edən ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, toplantının gedişatında dörd mövzuda plenar iclas təşkil olunacaq: "Qadınlar, dünya və təhlükəsizlik", "Sülh əməliyyatlarından əvvəl və sonra", "Seksual istismara və zorakılığa qarşı mübarizə", "Sülhməramlılığın təsirinin artması: güclərin sürətli genişlənməsi".

Toplantının qapalı hissəsində müdafiə nazirlərinin bir neçə ikitərəfli görüşü keçiriləcək. ABŞ-ın müdafiə naziri bildirib ki, o, Türkiyə, Ukrayna və İsraildən olan həmkarları ilə ikitərəfli danışıqlar aparacaq.

Konfransda təxminən 80 ölkənin nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Rusiya danışıqlara qatılmayıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09