​Liviyanın XİN rəhbərinin müavini oğurlanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Liviyanın xarici işlər nazirinin müavini Həsən əl-Saqira naməlum şəxslər tərəfindən oğurlanıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə nazirlikdəki mənbə məlumat verib.

Məlumata görə, silahlı şəxslər Əl-Saqiranın qaldığı otelə özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim edərək daxil olublar. Hazırda nazir müavininin harada olduğu məlum deyil. Otel əməkdaşlarının sözlərinə görə, siyasətçi "naməlum istiqamətdə" aparılıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09