Liviyanın şərqində 37 cəsəd aşkarlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Liviya hərbçiləri ölkənin şərqində, Benqazi şəhərindən 70 kilometr məsafədə 37 nəfərin cəsədini aşkarlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" Liviya Milli Ordusundakı mənbəyə istinadən məlumat yayıb.

Öldürülənlərin şəxsiyyəti və həlakolma şəraiti açıqlanmır. 

"Reuters"in məlumatına görə, son aylar şəhərdə və onun ətrafında da öldürülənlərin cəsədləri tapılıb.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03