Livanın Suriyadakı səfirliyində partlayış olub, ölənlər və yaralananlar var

Livanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyində partlayış olub.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.

Agentlik qeyd edib ki, bu, ölənlərin və yaralıların sayı haqqında ilkin məlumatdır. Hələlik hadisə ilə bağlı əlavə məlumat verilmir.

Digər xəbərlər